25 mart 2018-ci il tarixində “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi dəyərlərə həsr olunmuş növbəti tədbirini Bakı Olimpiya Stadionunun konfrans zalında həyata keçirdi.
Bakıdan olan layihə iştirakçılarını bir araya gətirən bu tədbir yaradıcılıq və tənqidi düşüncə mövzularına həsr olunmuşdur. Tədbirin spikerləri Rüstəm Məmmədov, “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin üzvü, Bəhman Məmmədov, Bakı Mühəndislik Universitetinin “Riyaziyyat və informatika” bölməsinin baş müəllimi, Vüqar Səfərov, Prosper şirkətinin direktoru, Formula 1 Avropa Qran Prisinin təşkilatçısı “Baku City Circuit” şirkətinin rəqəmsal marketinq üzrə meneceri, Yavər Məmmədov, Andrew’s Ties Baku şirkətinin direktoru və Teymur Sadıxov, gənc alim, aerokosmik mühəndis, riyazıyyatçı idi. Hər spiker mövzü haqqında çıxış edərək layihə iştirakçılarının suallarını cavablandırdılar.
2014-cü ildən fəaliyyət göstərən “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin tədbirlərindən bu günə qədər 300-ə yaxın gənc yararlanmışdır.