Layihədə kim iştirak edə bilər?

Qeydiyyatdan keç, layihəyə qoşul!

Layihə 11-ci sinifdə təhsil alan və I, II, III və IV ixtisas qrupları üzrə ali məktəbə qəbul olmaq istəyən şagirdlər üçün nəzərdə tutulub. Layihəyə seçilmək üçün, şagirdlər artıq 10-cu sinifdə ikən seçim prosesinə qoşulmalı və bütün seçim mərhələlərindən uğurla keçməlidirlər.   

Layihəyə seçim 5 mərhələdən ibarətdir və xüsusi təlim keçmiş təcrübəli heyət tərəfindən həyata keçirilir.

Seçim mərhələləri:

  1. Ərizə-anket
  2. Sınaq imtahanı
  3. Müsahibə
  4. Sınaq dərsləri və sınaq imtahanı
  5. Ailələrə səfər*

*Seçim mərhələləri ölkədəki epidemioloji vəziyyət və digər xarici və daxili faktorlardan asılı olaraq dəyişə bilər.

Layihədə iştirak etmək istəyən şagirdlər üç meyar üzrə qiymətləndirilir: 

  • Ümumi intellektual potensial və müxtəlif fənnlərdən bilik səviyyəsi
  • Təhsil almağa istək və həvəs
  • Ailənin sosial durumu.