Məqsədimiz

“Gələcəyini Qur!” nədir?

“Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunur və bir sıra şirkətlərin korporativ sosial məsuliyyət siyasəti çərçivəsində, eyni zamanda fərdi sponsorların dəstəyi sayəsində həyata keçirilir. “Gələcəyini Qur!” Layihəsi “Build Your Future” MMC tərəfindən icra olunur.

Layihənin məqsədi

“Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin əsas məqsədi aztəminatlı ailələrdən olan yüksək bilik və bacarığa malik gənclərin həyatda uğur əldə etmələrinə dəstək və tövhə vermək və bununla Azərbaycan cəmiyyətinə yüksək intellekt və etik dəyərlərə malik sağlam düşüncəli gənclər qazandırmaqdır.

Layihənin əhatəsi

Bakı: Binəqədi, Qaradağ, Nizami, Nərimanov, Nəsimi, Pirallahı, Sabunçu, Səbail, Suraxanı, Xətai, Xəzər, Yasamal

Regionlar: Ağdaş, Hacıqabul, Kürdəmir, Ucar, Yevlax*

*Qeyd: spesifik tədris ilində Layihənin əhatəsini öyrənmək üçün komandamız ilə əlaqə saxlamağınızı xahiş edirik. 

Hədəf qrupu

Yüksək potensial və təhsil almaq istəyinə malik olan 11-ci sinif şagirdləri