Veysəloğlu Şirkətlər Qrupu ilə əməkdaşlıq

2 Mart 2021-ci il tarixində Şirvan şəhərində Veysəloğlu Şirkətlər Qrupunun maliyyələşdirdiyi layihə iştirakçıları üçün buraxılış tədbiri baş tutdu.

Tədbir Veysəloğlu Şirkətlər Qrupunun maliyyə dəstəyi sayəsində layihədə iştirak edən iştirakçıları bir araya gətirdi.Tədbir layihənin 6-cı ilindəki fəaliyyəti haqqında təqdimatla başladı və Veysəloğlu Şirkətlər Qrupunun Korporativ Sosial Məsuliyyət və tədbirlərin təşkili üzrə aparıcı mütəxəssisi Günel Həsənovanın sponsor şirkət haqqındakı təqdimatı ilə davam etdi.

Veysəloğlu Şirkətlər Qrupu tərəfindən dəstəklənən 24 gəncdən 16-sı Hacıqabuldan, 8-i isə Yevlax rayonundan idi. Həmin gənclərdən 22-si qəbul olmuşdur. Onlardan 19-u universitetə, 3-ü isə kollecə daxil olmuşdur. Layihəni uğurla başa vuran və universitetə qəbul olan layihə iştirakçıları sponsor tərəfindən hədiyyələrlə mükafatlandırıldı.