Layihənin sponsoru “Veysəloğlu” Şirkətlər Qrupunun rəhbərliyi abituriyentlərlə görüşdü

6 iyun 2022-ci il tarixində “Veysəloğlu” Şirkətlər Qrupu Layihənin cari ilində dəstəklədiyi gənclərlə görüşdü.

Şirkətin baş ofisində təşkil olunmuş görüşdə şirkətin prezidenti Aydın Talıbov, “Gələcəyini Qur!” Layihəsinin həmtəsisçisi və direktoru Bəhruz Hidayətzadə və şirkətin cari ildə dəstəklədiyi şagirdlər iştirak etdi. Bəhruz Hidayətzadə dərslər, psixoloji dəstək, tədbirlər, ixtisas seçimi, mentorlarla iş və ilboyu gənclərlə aparılmış digər fəaliyyətlər haqqında məlumat verdi. Aydın Talıbov Layihə iştirakçılarının dövlət buraxılış imtahanı nəticələri ilə tanış oldu və qarşıdan gələn imtahanlarda abituriyentlərə uğurlar arzuladı.

Xatırladaq ki, “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi və “Veysəloğlu” Şirkətlər Qrupunun əməkdaşlığı artıq 3 ildir ki davam edir. Cari (2021-2022-ci) tədris ilində ayrılmış maliyyə sayəsində 12 gənc Layihədən faydalanmaqdadır. Ötən illərdə isə Bakı şəhəri üzrə 20 nəfər (2018-2019-cu tədris ili), Yevlax və Hacıqabul rayonları üzrə isə toplam 24 nəfərə sponsorluq dəstəyi göstərilmişdir (2019-2020-ci tədris ili).