“Gələcəyini Qur” layihəsi EY şirkətinin “Better Begins with You” proqramının qalibidir

“Gələcəyini Qur” layihəsi EY şirkətinin fəaliyyət göstərdiyi ölkələrdə həyata keçirdiyi “Better Begins with You” proqramının region üzrə qalibi oldu.

“Better Begins with You” (“Daha yaxşısı səndən başlayır”) proqramının əsas məqsədi EY şirkətində çalışan əməkdaşların gördükləri xeyirxah işləri qiymətləndirərək ən yaxşılarını seçməkdir. Müsabiqə bir neçə kateqoriya üzrə aparılır. “Gələcəyini Qur” Gəncliyə Dəstək layihəsi “İcmaların gücləndirilməsi” (“Strengthening Our Communities”) kateqoriyasında MDB ölkələri arasında qalib seçilmişdir.

EY Azerbaijan “Gələcəyini Qur” Gəncliyə Dəstək layihəsinin sponsorlarından biridir. Bununla yanaşı, şirkətin bir sıra əməkdaşları layihənin fəaliyyətlərində yaxından iştirak edirlər.