“Gələcəyini Qur!” 2021-2022: İlk İmtahan Nəticələri Açıqlandı

18 və 26 iyun 2021-ci il tarixlərində keçirilmiş imtahanların nəticələri açıqlandı. 

Buraxılış fənlərini əhatə edən imtahanda Bakı və beş regiondan toplam 793 şagird iştirak etmişdir. İlk imtahandan tələb olunan minimum keçid balını toplamış şagirdlər növbəti seçim mərhələsində iştirak edə biləcəklər. Tələb olunan minimum keçid balı 300 bal üzərindən 75 bal müəyyən olunmuşdur. Növbəti seçim mərhələsi – canlı/ənənəvi formatda keçirilən və blok fənlərini əhatə edən imtahan olacaq. Blok fənləri üzrə imtahanın tarixləri Layihənin veb-saytında və sosial media səhifələrində elan olunacaq.

 

İmtahan nəticələri əks etdirən cədvəli necə istifadə etməli?

 İmtahanda iştirak etmiş şagirdlərin  nəticələri soyadlarına əsasən əlifba sırası ilə xəbərin sonunda təqdim olunub.

Cədvəldə qeyd olunan ad və soyadlar şagirdin qeydiyyatdan keçərkən istifadə etdiyi formatda saxlanmışdır və heç bir dəyişiklik edilməmişdir. Xarici dil bölməsinin altında seçdiyiniz və imtahan verdiyiniz xarici dil nəzərdə tutulur. Şagird imtahanda topladığı ümumi bal ilə yanaşı, fənlər üzrə bal bölgüsünü də görə biləcək. “Növbəti mərhələ haqqında qərar” başlığı altında sütunda şagirdin növbəti mərhələyə keçib-keçmədiyi barədə məlumat əks olunub.

 

Online Sınaq İmtahan Mərkəzinin saytı: osim.az

Şagirdlər imtahan nəticələrini həmçinin Online Sınaq İmtahan Mərkəzinin osim.az saytından öyrənə bilərlər. Nəticələri öyrənmək üçün saytın “Daxil ol” bölməsində telefon və parolu qeyd etmək tələb olunur. “Telefon” yazılan pəncərədə  Layihəyə müraciət edərkən şagirdin qeyd etdiyi telefon nömrəsi qeyd olunmalıdır. Telefon beynəlxalq formatda kod ilə daxil olunmalıdır (nümunə: +994553823731). “Şifrə” adlanan pəncərədə isə həmin nömrə ölkə kodu olmadan qeyd olunmalıdır (nümunə: 553823731). Məlumatları daxil etdikdən sonra osim.az saytında heç bir pəncərə açılmazsa və ya ağ ekran görünürsə, digər bir telefon və ya kompüterlə sistemə bir daha daxil olmağa cəhd olunmalı və ya digər internet brauzerindən istifadə olunmaldır. 

İmtahan Nəticələri: 

Aşağıda verilmiş “imtahan nəticələri” ifadəsinin üzərinə klikləyərək nəticələri görə bilərsiniz.

Imtahan Neticeleri

İmtahan nəticələrində hər hansı bir uyğunsuzluq görürsünüzsə və ya imtahanda iştirak etdiyiniz halda adınızı  tapa bilmirsinizsə, komandamızla əlaqə saxlayın: +99455 382 37 31 (zəng və What’s App) və ya [email protected].

Vacib qeyd:

İmtahan zamanı köməkçi vasitələrdən istifadə edən, köçürməyə cəhd göstərən və imtahan qaydalarını pozan digər neqativ hallara yol verən şagirdlərin imtahan nəticələri ləğv olunmuşdur.