Azərbaycan Texnologiya Universitetində Tədbir

22 oktyabr 2017-ci il tarixində “Gələcəyini Qur!” Gəncliyə Dəstək layihəsi dörd regiondan olan layihə iştirakçıları üçün məsuliyyət mövzusuna həsr olunmuş tədbir təşkil etdi. Tədbir Gəncədə yerləşən Azərbaycan Texnologiya Universitetində (ATU) baş tutdu.

Tədbiri layihənin rəhbəri Bəhruz Hidayətzadə layihənin dəyərlərinə həsr olunmuş təqdimat ilə açdı. Tədbir ATU-nun nümayəndələrinin çıxışları ilə davam etdi. İlk öncə, ATU-nun elm və texnika üzrə prorektoru Səbuhi Yusibov çıxış edərək gənclərə universitet haqqında geniş məlumat verdi. Daha sonra ATU Davamlı İnkişaf Mərkəzinin direktoru Fədai Əfəndiyev gənclərə məsuliyyət haqqında həvəsləndirici təqdimat keçirdi. O, insanların şəxsi və karyera məqsədlərinə çatması üçün məsuliyyətin nə qədər vacib olduğundan danışdı.

Gəncədəki tədbir Nizami Gəncəvinin muzey və məqbərəsinə ziyarət ilə bitdi.

Hazırda, “Gələcəyini Qur!” Gəncliyə Dəstək layihəsi Bakıdan kənarda da fəaliyyət göstərir və Ağdaş, Kürdəmir, Ucar və Yevlaxdan olan gənclər ilə işləyir. Layihənin coğrafiyasının genişlənməsi BP və tərəfdaşlarının maliyyə dəstəyi nəticəsində mümkün olmuşdur.