2021-2022-ci tədris ili üçün Seçim Prosesi: Buraxılış fənləri üzrə imtahan keçirildi

“Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin 2021-2022-ci tədris ili üçün seçim prosesi buraxılış fənləri üzrə imtahan ilə başladı.

İlkin olaraq Layihənin növbəti ilində iştirak etmək istəyən gənclər qısa onlayn qeydiyyat formasını doldurdular. Layihənin seçim meyarlarına uyğun olan şagirdlər imtahana dəvət olundular. İmtahanda toplam olaraq 793 şagird iştirak etmişdi, onların  474 nəfəri Bakıdan, 319 nəfəri isə regionlardan olan gənclərdir. 

İmtahan Layihənin tərəfdaşı olan Müstəqil İmtahan Mərkəzi tərəfindən hazırlanmışdı və buraxılış fənlərini əhatə edirdi (Azərbaycan dili, xarici dil, riyaziyyat). İmtahanlar Layihənin akademik tərəfdaşı olan Kainat Tədris Mərkəzinin Bakı və regionlarda yerləşən filiallarında, həmçinin Ağdaş şəhər Müşviq İsayev adına məktəb, Hacıqabul şəhər 8 saylı tam orta məktəb və Kürdəmir şəhər Atakişili orta məktəbdə təşkil olunmuşdur. İlk imtahan 18 iyun tarixində baş tutmuşdu. İlk imtahana müxtəlif üzrlü səbəblərdən qatıla bilməyən şagirdlər üçün imtahan 26 iyun tarixində keçirilmişdir. 

 

18 və 26 iyun tarixlərində keçirilmiş imtahanların nəticələri ilə Imtahan Neticeleri  tanış ola bilərsiniz.