2 dekabr 2016-cı il tarixində “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi AZTV telekanalında yayımlanan “Səhər” proqramının qonağı oldu.
Verilişdə layihənin tərəfdaşı olan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi və layihənin ikinci ilinin məzunları və cari, üçüncü, ilin iştirakçısı çıxış etdilər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Lamiyə Şərəfxanova tamaşaçılara “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi haqqında, ötən illərdə görülmüş işlər və əldə olunmuş nailiyyət və nəticələr haqqında məlumat verdi. Layihənin ikinci ilinin məzunları Qəsidə Rəsulzadə və Nigar Rəhimova layihədə iştirakları və qazandıqları uğurlar haqqında danışdılar. Qəsidə Rəsulzadə 2016-cı ildə Bakı Dövlət Universitetinə “Təhsildə sosial-psixoloji” xidmət ixtisasına qəbul olmuşdur. Nigar Rəhimova isə Azərbaycan Universitetinin tələbəsidir, hal-hazırda Tərcümə (İngilis dili) ixtisasında təhsil alır.
Layihənin cari, üçüncü ilinin iştirakçısı Cavid Baxşəliyev layihədə iştirakından, gələcək planlar və qazanmaq istədiyi uğurlar ilə bölüşdü.
Artıq üçüncü ilində olan layihənin 150 nəfər məzunu hal-hazırda yerli universitetlərin tələbələridir.