2017-ci il 16 aprel tarixində “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin növbəti, dördüncü (2017-2018-ci tədris ili), ili üçün seçim prosesinin ikinci mərhələsi olan sınaq imtahanı keçirildi.
Sınaq imtahanında min nəfərə yaxın şagird iştirak etdi. İmtahanın iştirakçıları layihənin Bakıda əhatə etdiyi Binəqədi, Qaradağ, Sabunçu, Suraxanı və Xətai rayonlarında yerləşən 170-dən çox məktəbin 10-cu sinif şagirdləri idi. İmtahan Kainat Tədris Mərkəzinin Nərimanov filialında və Xəzər Universitetinin Neftçilər kampusunda keçirildi. Sınaq imtahanın nəticələri 2017-ci il 20-24 aprel tarixləri arasında açıqlanacaq.
Layihəyə seçim prosesinin üçüncü mərhələsi (seçilmiş namizədlər ilə müsahibələr) sınaq imtahanının cavabları açıqlanandan dərhal sonra başlayacaq. Sınaq imtahanında tələb olunan keçid balını toplayan namizədlər müsahibəyə dəvət olunacaqlar.
Beş mərhələdən ibarət olan seçim prosesinə ərizə formalarının qiymətləndirilməsi, ilkin sınaq imtahanı, müsahibə, bir aylıq sınaq dərsləri və ailələrə səfərlər daxildir.