“Gələcəyini Qur!” Layihəsi iştirakçılarla yanaşı, Layihədən məzun olan gənclərin inkişafına yönəlmiş tədbir və görüşlər keçirməyə davam edir. Bu məqsədlə 21 may 2022-ci il tarixində məzunlar üçün çox vacib və əhəmiyyətli olan “CV və motivasiya məktubunun yazılması” mövzusunda təlim baş tutdu.
Təlimdə gənclərlə öz bilik və təcrübələrini bölüşmək üçün beynəlxalq layihə və tədbirlər üzrə menecer Səbinə Kələşova təlimçi qismində çıxış etdi. Təlim müddətində CV və Rezume arasındakı fərqlər, hər iki formanın hazırlanması zamanı edilən əsas səhvlər, motivasiya məktubu və CV-nin düzgün yazılma qaydaları, iş təcrübəsi olmayan gənclərin üçün CV-də qeyd edilməli məqamlar kimi mövzulara toxunuldu. Həmçinin, təlim iştirakçıları ilə müzakirələr aparıldı və onları maraqlandıran suallar cavablandırıldı. Qeyd edək ki, təlimin keçirilməsində əsas məqsəd təhsil və karyera həyatına yenicə addımlayan layihə gənclərininin karyera və əmək bazarında peşəkar namizəd kimi formalaşmasına dəstək olmaqdır.
Bu günə qədər 1200-dən çox gənc və onların ailələri layihənin fəaliyyətindən faydalanmışdır. Layihəni uğurla bitirmiş gənclərin əksəriyyəti hazırda Azərbaycanın müxtəlif ali məktəblərində öz təhsilini davam etməkdədirlər.