“Liderlik bacarıqları” təlimi

16 avqust 2021-ci il tarixində “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin I, II və III kursda təhsil alan xanım məzunları üçün “Liderlik bacarıqları” mövzusunda təlim həyata keçirilmişdir.

Təlim tədbir və layihə meneceri Səbinə Kələşova tərəfindən həyata keçirilmişdir. Təlim “Lider kimdi?” “Liderin keyfiyyətləri”, “Həyatımızdakı liderlər”, “Liderlik bacarıqlarını necə inkişaf etdirməli” kimi mövzuları əhatə etmişdir. Təlim müddətində xanım məzunlarımız müxtəlif qrup işlərində iştirak edərək özlərinin liderlik anlayışlarını ifadə etməyə çalışdılar. Onlar həmçinin öz ideal liderlərinin təsvirini yaradaraq təlim iştirakçıları qarşısında çıxışlar etdilər. Tədbirin əsas məqsədi xanım məzunlarımızın fərdi inkişafina dəstək vermək və onların lider kimi yetişməsinə zəmin yaratmaqdır.

“Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi Azərbaycan gəncliyinin davamlı inkişafına yönəlib və fəaliyyətini təşkil etdiyi istiqamətlər sırasına universitetə qəbul imtahanına hazırlıq, psixoloji dəstək, sosial inteqrasiya və layihədən məzun olan şəxslərin  inkişafına yönəlmiş tədbirlər daxildir.