Sharing is caring

Lorem ipsum, dolor sit amet consectetur adipisicing elit. Minus eligendi quidem quam. Voluptatum possimus suscipit, eligendi sunt obcaecati in velit. Voluptates quae, ullam autem accusantium cupiditate dolorum dolores recusandae commodi.

Donate Close

Xəzər Universitetində “Elm” mövzusunda tədbir


2016-cı ildə dekabrın 17-də Xəzər Universitetində “Gələcəyini Qur!” Gəncliyə Dəstək layihəsinin elm mövzusunda tədbiri keçirildi.

Tədbiri açaraq Xəzər Universitetinin beynəlxalq əlaqələr şöbəsinin direktoru Turan Cəfərova iştirakçıları salamlayıb layihə haqqında ümumi məlumat verdi. Rauf Cahangirov, layihənin könüllüsü, təhlükəsizlik tədbirləri haqqında iştirakçıları məlumatlandırdı. Sonra layihənin rəhbəri Bəhruz Hidayətzadə elmin vacibliyi, ədalət, sevgi, məsuliyyət kimi layihənin dəyərləri haqqında çıxış etdi. İradəetmə və Tələbə İşləri üzrə Prorektor İsaxan İsaxanlı universitet haqqında ətraflı məlumat verdi. Xəzər Universitetinin məzunu, ADA Universitetinin müəllimi Rəşad İbadov elmin vacibliyi haqqında layihə iştirakçılarına məlumat verdi.
Çay fasiləsindən sonra Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Professor Hamlet İsaxanlı təsis etdiyi Avrasiya Akademiyası haqqında film nümayiş etdirildi. Professor Hamlet İsaxanlı “Elm” mövzusunda çıxış etdi. Xəzər Universitetində təhsil alan “Gələcəyini Qur!” lahiyəsinin məzunları tələbə həyatlarından danışdılar. Xəzər Universitetinin Amerikalı məzunu Marta Lauri çıxış edərək tədbir iştirakçılarının dil öyrənməyə çağırdı. EY şirkətinin əməkdaşı Günel Fərəcova elm və cəmiyyət haqqında çıxış elədi. Sonra şagirdlər qruplara bölünüb praktiki çalışmalar üzərində işlədilər.