Sharing is caring

Lorem ipsum, dolor sit amet consectetur adipisicing elit. Minus eligendi quidem quam. Voluptatum possimus suscipit, eligendi sunt obcaecati in velit. Voluptates quae, ullam autem accusantium cupiditate dolorum dolores recusandae commodi.

Donate Close

“PAŞA Holding” Layihənin sponsoru oldu


Azərbaycanın ən iri şirkəti olan və sığorta, bankçılıq, səyahət və turizm, tikinti-inşaat və digər biznes sahələrində çalışan Paşa Holding “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin sponsorlar sırasına daxil oldu.

“Yarandığı gündən məsuliyyətli biznes prinsipləri əsasında fəaliyyət göstərən şirkətimiz cəmiyyətin maraqlarını öndə tutaraq davamlı şəkildə müxtəlif sosial layihələrə dəstək göstərir. Sevinirik ki, bu layihələrin sırasında Azərbaycan gənclərinin dayanıqlı inkişafını hədəfləyən və bununla da cəmiyyətimizin və ölkəmizin inkişafına töhfə verən “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi olacaq. Layihə gənclərə ali təhsilə yiyələnmək şansını verməklə yanaşı, onların məsuliyyət, ədalət və digər dəyərlər ötürərək ölkəmiz üçün layiqli vətəndaşlar yetişdirir. Bu işdə onlara dəstək olmaq qürurvericidir” “PAŞA Holding” Şirkətinin Korporativ sosial məsuliyyət departamentinin baş mütəxəssisi Qəmbər Oruc qeyd etdi.

“2014-cü ildən fəaliyyət göstərən layihəmizdən bu günə qədər 700-dən çox gənc və onların ailələri faydalanmışdır. “PAŞA Holding”in təhsil layihələrinə verdiyi önəm nəticəsində Layihəmiz daha çox gənc və ailələrə xidmət göstərəcək” Layihənin rəhbəri Bəhruz Hidayətzadə vurğuladı.

“Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Bakı şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə bir sıra yerli və xarici şirkətlərin korporativ sosial məsuliyyət siyasətləri çərçivəsində həyata keçirilir.