Sharing is caring

Lorem ipsum, dolor sit amet consectetur adipisicing elit. Minus eligendi quidem quam. Voluptatum possimus suscipit, eligendi sunt obcaecati in velit. Voluptates quae, ullam autem accusantium cupiditate dolorum dolores recusandae commodi.

Donate Close

Region iştirakçıları Mingəçevirdə


“Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi 22 dekabr 2019-cu il tarixində Ağdaş, Hacıqabul, Kürdəmir, Ucar və Yevlax rayonlarından olan iştirakçılar üçün Mingəçevir şəhərində növbəti tədbirini təşkil etdi.

Tədbir Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramovun şəxsi təcrübəsindən və hal-hazırkı fəaliyyətindən bəhs edən çıxışı ilə başladı. Mingəçevir Dövlət Universitetinin Həmkərlar İttifaqının sədri və həmin universitetin 1-ci və 2-ci kurslarında təhsil alan layihə məzunları Nahid Vəliyev, Zəribab Osmanova, Elcan Əliyev və Aytəkin Allahverdiyeva da layihə iştirakçıların universitet həyatı barədə
ünvanlanmış suallarını cavabladılar.

Daha sona, “HR Option” şirkətinin rəhbəri Xəqani Səfərov məsuliyyət və ədalət anlayışını öz şəxsi təcrübəsinə və interaktiv oyunlara əsaslanan nümunələrlə iştirakçıların nəzərinə çatdırdı. “Ədalət bəşəri dəyər kimi” başlığı ilə çıxış edən, Almaniyada Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Mingəçevir ofisinin əməkdaşı və təlimçisi Həmid Hüseynov layihə iştirakçıları ilə mövzuya dair fikirlərini
bölüşdü.

2014-cü ildən fəaliyyət göstərən “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin Ağdaş, Hacıqabul, Kürdəmir, Ucar və Yevlax rayonlarında fəaliyyəti BP və tərəfdaşları, həmçinin Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi sayəsində həyata keçirilir. Layihənin coğrafiyası hal–hazırda 6 Bakı rayonunu və 5 Azərbaycan rayonunu əhatə edir.