Sharing is caring

Lorem ipsum, dolor sit amet consectetur adipisicing elit. Minus eligendi quidem quam. Voluptatum possimus suscipit, eligendi sunt obcaecati in velit. Voluptates quae, ullam autem accusantium cupiditate dolorum dolores recusandae commodi.

Donate Close

Layihə iştirakçılarının ilk sərgi təcrübəsi


9 oktyabr 2016-cı il tarixində “Gələcəyini Qur” Gəncliyə Dəstək Layihəsinin 3-cü ilinin iştirakçıları Azərbaycan Beynəlxalq Təhsil sərgisində iştirak etdilər.

Sərgidən öncə, layihənin koordinatoru Turan Cəfərova gənclər üçün “Sərgilərdə nə üçün iştirak etməli?” mövzusunda təlim keçdi. Təlim gənclərə sərgilərin faydaları haqqında məlumat verməklə yanaşı onlara sərgilərdən yaxşı yararlanmaq üçün strategiyalarını da açıqladı.

Gənclərin əksəriyyəti üçün bu ilk təhsil sərgisi təcrübəsi idi. Onlar sərgidə təmsil olunan yerli və xarici ali məktəb nümayəndələri ilə görüşüb təklif olunan proqramlar haqqında geniş məlumat aldılar, bir sıra yerli universitetlərin müəllimləri və inzibati işçiləri ilə tanış oldular. Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan Beynəlxalq Təhsil sərgisi bu il dünyanın 14 ölkəsindən 118 iştirakçını bir araya gətirərək 60-dan çox fakültə təqdim etdi.

Tədbirin ikinci hissəsində gənclər ilə müzakirə xarakterli görüş keçirildi. Layihənin rəhbəri Bəhruz Hidayətzadə gənclər ilə ilk sınaq imtahanlarının nəticələri ilə bölüşdü. Hal-hazırda layihə iştirakçıları qəbul imtahanına intensiv hazırlıqlarda iştirak edirlər. Layihənin qaydalarına əsasən hər ayın sonunda gənclər hazırlaşdıqları fənlər üzrə imtahan verir, onların akademik göstəriciləri layihənin işçi heyəti tərəfindən yaxından izlənilir. Layihədə dərslərində çətinliklər ilə üzləşən gənclər üçün müxtəlif dəstək növləri mövcuddur: psixoloqun köməyi, müəllimlər ilə əlavə dərslər, layihə məzunları ilə hazırlıq.

[:]