Sharing is caring

Lorem ipsum, dolor sit amet consectetur adipisicing elit. Minus eligendi quidem quam. Voluptatum possimus suscipit, eligendi sunt obcaecati in velit. Voluptates quae, ullam autem accusantium cupiditate dolorum dolores recusandae commodi.

Donate Close

Bakı Mühəndislik Universitetində tədbir


13 yanvar 2019-cu il tarixində “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi Bakı Mühəndislik Universitetində (BMU) növbəti tədbirini həyata keçirdi.

Layihənin dəyərlərindən biri olan “Yaradıcı düşüncə” mövzusuna həsr olunmuş tədbir layihənin Bakı şəhərində (Binəqədi, Xətai, Qaradağ, Sabunçu və Suraxanı rayonları) və Salyan rayonunda dəstəklədiyi 150-dən çox gənci bir araya gətirdi. Layihənin iştirakçıları adı çəkilmiş rayonlarda yerləşən orta məktəblərdə təhsil alan 11-ci sinif şagirdləridir.

Tədbir universitetin təqdimat videosu ilə başladı. Videoçarxın nümayişindən sonra İxtisas seçimi və abituriyentlərlə iş şöbəsinin müdiri Adil Vəliyev layihə iştirakçılarının suallarını cavablandırdı.

Tədbirdə spiker qismində Coşqun Kərimov (təlimçi, gənc yazıçı və dörd kitabın müəllifi), Yavər Məmmədov (BMU-nun prorektoru), İsa Qasımov (BMU Texnoparkının direktor müavini), Elçin Abbasov (İnteraktiv Elm Muzeyinin təsisçisi),  Vüqar Səfərov (“Prosper” şirkətinin direktoru) və  Bəhman Məmmədov (BMU-nun “Riyaziyyat və informatika” bölməsinin baş müəllimi) çıxış etdilər. Hər bir spiker mövzuya həsr olunmuş təqdimatla çıxış edərək layihə iştirakçılarının suallarını cavablandırdı.

“Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin əsas məqsədi gənclərin ali təhsilə yiyələnməsinə dəstək və töhfə vermək və bununla Azərbaycan cəmiyyətinə yüksək intellekt və etik dəyərlərə malik sağlam düşüncəli gənclər qazandırmaqdır. Layihə cari 5-ci ilində (2018-2019-cu tədris ili) Bakının beş rayonunu (Binəqədi, Xətai, Qaradağ, Sabunçu, Suraxanı), Bakıdan kənarda isə beş regionu (Ağdaş, Kürdəmir, Salyan, Ucar, Yevlax) əhatə edir.