Sharing is caring

Lorem ipsum, dolor sit amet consectetur adipisicing elit. Minus eligendi quidem quam. Voluptatum possimus suscipit, eligendi sunt obcaecati in velit. Voluptates quae, ullam autem accusantium cupiditate dolorum dolores recusandae commodi.

Donate Close

“Baker Tilly Azərbaycan” ilə Gənclər Günü


2 fevral 2019-cu il tarixində “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin iqtisadiyyat, maliyyə, mühasibatlıq, menecment, marketinq, dünya iqtisadiyyatı, biznesin idarə edilməsi və statistika ixtisaslarında təhsil alan məzunlarının və “Baker Tilly Azərbaycan” şirkətinin nümayəndələrinin iştiraki ilə Gənclər Gününə həsr olunmuş tədbir keçirildi.

Tədbir şirkət nümayəndələrinin “Baker Tilly Azərbaycan” haqqında təqdimatı ilə başladı. İnteraktiv tədbir zamanı şirkət nümayəndələri layihə məzunlarına tələbə ikən fəal olmağın, müxtəlif layihə və təcrübə proqramlarında iştirak edərək mütəxəssis kimi inkişaf etməyin faydalarından danışdılar. Şəxsi hekayələrini bölüşən şirkət nümayəndələri gəncləri maraqlandıran sualları cavablandırdılar.

Tədbirin ikinci hissəsində məzunlar komandalara bölünərək intellektual oyunun iştirakçılarına çevrildilər. Oyun zamanı suallara ən çox doğru cavab verən komanda qalib elan edildi. Qalib komandaya şirkət tərəfindən xüsusi hazırlanmış hədiyyələr təqdim olundu. Ardınca isə şirkət nümayəndələri və iştirakçılar çay süfrəsi arxasında müzakirəni davam etdirdilər.

“Baker Tilly Azərbaycan” şirkəti 2017-ci ildən etibarən “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsini sponsor qismində dəstəkləyir.