Sharing is caring

Lorem ipsum, dolor sit amet consectetur adipisicing elit. Minus eligendi quidem quam. Voluptatum possimus suscipit, eligendi sunt obcaecati in velit. Voluptates quae, ullam autem accusantium cupiditate dolorum dolores recusandae commodi.

Donate Close

Beşinci ilin nailiyyətlərinə həsr olunmuş yekun tədbir


29 dekabr 2019-cu il tarixində Bakı Olimpiya Stadionunun Konfrans zalında “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin beşinci ilinin (2018-2019-cu tədris ili) nailiyyətlərinə həsr olunmuş yekun tədbir baş tutdu.

Tədbir layihə rəhbəri Bəhruz Hidayətzadənin tələbə adını qazanmış gəncləri bu münasibətlə təbrik etməsi ilə başladı. Nigar Uruşanova, Nurtən Namətova, Aygül Salahlı, Şabikə Şadiyeva, Bəhruz Bağırov və Jalə Əzimova qəbul imtahanında 600-dən çox bal topladıqlarına görə sertifikatlar ilə təltif olundular: Sertifikatlar gənclərə layihə rəhbəri və layihənin akademik tərəfdaşı olan Kainat Tədris Mərkəzinin rəhbəri İlqar Ağakişiyev tərəfindən təqdim olundu.

Gənclər ilə peşakar təcrübəsindən danışan və şəxsi inkişafa dair məsləhətləri bölüşən tanınmış radio və televiziya aparıcısı DJ Fateh tədbirin fəxri qonağı qismində çıxış etdi. DJ Fateh həmçinin Park Inn Otelinin yay təcrübəsi proqramını müvəffəqiyyətlə tamamladıqlarına görə üç layihə məzununa (Nigar Əzizli, İsmayıl İsmayılov və Ləman Namazlı) sertifikatları təqdim etdi.

Layihə məzunları üçün ilk dəfə olaraq interaktiv şəbəkələşmə (networking) təşkil olunmuşdu. Şəbəkələşmənin əsas məqsədi layihə məzunlarının bir-birini tanıması və əlaqələrin möhkəmlənməsi idi.

Tədbirin ikinci hissəsində gənclər üçün master-klas təşkil olundu. Şəxsi brendin yaradılması mövzusunda master-klası BP Azərbaycan şirkətinin kommunikasiyalar üzrə məsləhətçisi və “Resume.az” saytının təsisçisi Turxan Əhməd təqdim etdi.

Ötən illərdə layihədən məzun olmuş Qəsidə Rəsulzadə, Aytac Ələsgərli və Kamil Abbas bakalavr təhsilinin bir semestrini geridə qoyan layihə məzunlarına universitet həyatının daha da məhsuldar keçməsi üçün hansı fürsətlərin mövcud olması, nələrə xüsusilə diqqət yetirilməsi barədə çıxışlar edərək gənclərə öz tövsiyələrini verdilər. Layihənin Bakıda və regionda keçirilən bir neçə tədbirində şagirdlərin qarşısında çıxış etmiş Əkbər Mikayılov, Qəsidə Rəsulzadə və Samir Qulamzadə sertifikatlar ilə təltif olundular.

Layihənin 5-ci ilini (2018-2019-cu tədris ili) uğurla tamamlamış 213 gəncdən 206-sı hazırda ali məktəblərdə, 7 nəfəri isə kolleclərdə təhsilini davam etdirir.