Valideynlərlə görüş keçirildi

18 yanvar 2026-cı il tarixində

“Gələcəyini Qur!” Layihəsində iştirakçı şagirdlərin valideynləri ilə görüş təşkil olunub. Görüş layihə psixoloqunun iştirakı ilə baş tutub və əsas məqsəd valideynləri övladlarının inkişaf prosesi barədə məlumatlandırmaq olub.

Sessiya zamanı layihə psixoloqu hər bir şagird üzrə fər

di müşahidə və qiymətləndirmələr əsasında valideynlərə ətraflı rəy təqdim edib. Şagirdlərin akademik və şəxsi inkişafı, davranış xüsusiyyətləri, güclü tərəfləri və inkişaf etdirilməsi vacib olan istiqamətlər barədə məlumat verilib.

Eyni zamanda valideynlərin sualları cavablandırılıb, onlara övladlarına daha effektiv dəstək göstərmək üçün tövsiyələr təqdim olunub. Görüş qarşılıqlı fikir mübadiləsi və əməkdaşlığın gücləndirilməsi baxımından faydalı və məhsuldar keçib.