Ünsiyyət və təqdimat bacarıqları üzrə təlim sessiyası keçirildi

Yumşaq Bacarıqlar proqramının ikinci sessiyası “Ünsiyyət və təqdimat bacarıqları” mövzusuna həsr olunub. Sessiyalar 23 və 30 noyabr 2025-ci ildə həyata keçirilib. Şagirdlər ünsiyyətin əsas elementləri, dinləmə, auditoriya ilə kontakt qurma, bədən dili, jest və mimikaların effektiv ünsiyyət və təqdimatda rolunu dərindən öyrəniblər.

Təlim zamanı iştirakçılar real çıxış ssenariləri üzərində çalışıb, qrup təqdimatları hazırlayıb, müxtəlif ünsiyyət situasiyaları üzrə rol canlandırmaları ediblər. Bununla yanaşı, öz çıxışlarını analiz edərək hansl davranışların səmərəli, hansılarının isə təkmilləşdirilməyə ehtiyac duyduğunu müəyyənləşdiriblər.

Sessiya şagirdlərin öz fikirlərini daha aydın, inamlı və məqsədyönlü şəkildə ifadə etməsinə böyük dəstək verib.