12 may 2024-cü il tarixində Layihənin klublarının təşəbbüsü və Psixoloq Murad Akifsoyun dəstəyi ilə Layihənin ofisində “Stressin idarə edilməsi” adlı seminar baş tutdu. Seminarın məqsədi gəncləri streslə bağlı məlumatlandırmaq və onunla başa çıxmağın yollarını aşılamaq idi. Seminar zamanı Layihənin məzunları praktiki tapşırıqlar da icra edərək, stressi idarə etməyi öyrəndilər.