“Gələcəyini Qur!” layihəsinin məzunları 2017-ci il 1-2 və 15-16 aprel tarixlərində keçirilmiş “Şəxsi inkişaf və fərdi səmərəlilik” mövzusunda təlimdə iştirak etdilər. Layihənin 40 məzunu duyğusal zəka, özünü tanıma və qiymətləndirmə, vaxtın idarəolunması, liderlik üçün vacib olan keyfiyyətlər, pozitiv vərdişlər və bu vərdişləri formalaşdırma üsulları və digər mövzular haqqında ətraflı məlumat aldılar.
Təlimçi ABŞ-da Sirakuz Universitetində İctimaiyyətin İdarə Olunması və Beynəlxalq Əlaqələr üzrə magistr dərəcələrini almış ekspert Şəmsiyyə Mustafayeva idi. Təlimdə qonaq-mühazirəçi qismində “Xərçəngsiz Gələcək” İctimai Birliyinin sədri, həkim Kəmalə Seyidova da çıxış etdi.
Təlim USAID və Counterpart International təşkilatlarının dəstəyi ilə həyata keçirildi.