Regiondan olan iştirakçılarla tədbir

1 oktyabr 2023-cü il tarixində Göyçay şəhərində regiondan olan Layihə iştirakçıları üçün tədbir baş tutdu.

Tədbir iki hissədən ibarət idi. İlk hissənin məqsədi müxtəlif interaktiv çalışmalar və qrup işləri vasitəsilə Layihə iştirakçıları ilə yaxından tanış olmaq, onlara Layihədə iştirak qaydalarını izah etmək idi. Kiçik komandalara bölünmüş gənclər “Uğurlu abituriyent” mövzusunda tapşırıq üzərində işlədilər. Tapşırığın nəticəsi olaraq hər komanda poster hazırlayıb onu təqdim etdi.

Tədbirin ikinci hissəsində psixoloq Hüseyn Xəlilov iştirakçılara Layihə çərçivəsində göstəriləcək psixoloji dəstək haqqında məlumat verdi. Əlavə olaraq, psixoloq abituriyentlərə düzgün qidalanma və dərs çalışma metodları haqqında tövsiyələr verdi.

Region abituriyentlərinin Layihənin cari 2023-2024-cü tədris ilində iştirakı “PAŞA Holding” şirkətinin maliyyə dəstəyi sayəsində mümkün olmuşdur. Cari ildə Layihə Kürdəmir, Sabirabad, Salyan, Şirvan, Yevlax və Zaqataladan olan abituriyentlərlə çalışır.