Qəbələdə Layihə dəyərlərinə həsr olunmuş tədbir

7 Noyabr 2021-ci il tarixində Ağdaş, Hacıqabul, Kürdəmir, Ucar və Yevlaxdan olan Layihə iştirakçıları Qəbələ şəhəri “Qafqaz Tufandağ Otel”də baş tutan tədbirdə iştirak etdilər.

Tədbirdə gənclərin qarşısında təlimçi və gənc yazar Coşqun Kərimov elm və məsuliyyət mövzusunda çıxış etdi.

Qeyd edək ki, adıçəkilən rayonlardan olan məktəblilərin Layihənin cari 2021-2022-ci tədris ilində iştirakı BP və tərəfdaşlarının maliyyə dəstəyi ilə həyata keçirilir.