5 oktyabr 2025-ci il tarixində Layihə çərçivəsində psixoloq görüşlərinə rəsmi olaraq start verilib. Hər şagird üçün ayda bir dəfə qrup şəklində keçirilən bu görüşlərin əsas məqsədi yeniyetmələrin emosional rifahını gücləndirmək, sağlam inkişafı dəstəkləmək və gündəlik həyatlarında qarşılaşdıqları çətinliklərə daha sağlam yanaşmanı formalaşdırmaqdır.
Sessiyalarda zamanın idarə olunması, stresslə mübarizə, psixoloji sağlamlığın qorunması, tədris yükünün balanslaşdırılması, özünəinamın artırılması kimi mövzular müzakirə olunur. Psixoloq tərəfindən müxtəlif interaktiv çalışmalardan, qrup müzakirələrindən və refleksiya tapşırıqlarından istifadə edilir.
Şagirdlər görüşlərdə öz fikirlərini sərbəst ifadə etməyi, hisslərini tanımağı və onları daha konstruktiv şəkildə idarə etməyi öyrənirlər. Sessiyalar ilin sonuna qədər davam edəcək və bütün şagirdlərin şəxsi inkişafına mühüm töhfə verəcək.