Peşəkar Təcrübə Proqramı

Təcrübə proqramı “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin təşəbbüsü ilə həyata keçirilir.

Proqramın əsas məqsədi gənclərə peşakar iş təcrübəsi qazandırmaq, onların gələcək iş həyatlarında lazım olacaq bilik və bacarıqları inkişaf etməkdir.
Proqram üç ay davam edəcək, iş gün və saatları namizədlərin cədvəllərinə uyğunlaşdırılacaq. Proqramı uğurla bitirmiş iştirakçılara sertifikat və tövsiyə məktubu təqdim olunacaq.

Şərtlər:

  • Proqramın müddəti: 3 ay (Aprel-May-İyun/İyul)
  • İş qrafiki: həftədə 3 gün, gündəlik (minimum) 4 saat
  • Təcrübə proqramı ödənişsizdir
  • Proqram 3 növbəlidir :
    1) 10:00-14:00
    2) 14:00-18:00
    3) 10:00-18:00 (bütöv gün)

 

Proqrama seçilmiş məzunlar nə əldə edəcəklər?

• İş təcrübəsi, xüsusilə layihələrin idarə olunması sahəsində bilik və bacarıq
• Gələcəkdə layihənin əməkdaşı, kollektivin bir hissəsi olmaq imkanı
• Sertifikat və tövsiyə məktubu (proqramı uğurla bitirən namizədlər)
• Aylıq yol xərclərini qarşılayacaq təqaüd

Görüləcək iş/sahələr:

–  Layihə iştirakçıları ilə işdə dəstək

– Vebsayt və sosial media səhifələrinin idarə olunması

– Layihələrin idarə olunması

– Layihə məzunları ilə işin koordinasiyası

– Yeni layihələrin yazılması

– Layihə kitabxanasının idarə olunması, sənədlər ilə iş

 

Təcrübə proqramına qoşulmaq üçün tələblər:

– bakalavr (3-cü və ya 4-cü kurs), magistr tələbəsi və ya son iki ildə məzun olmuş gənclər
– məqsədyönlü, məsuliyyətli, öyrənməyə həvəsli və detallara qarşı diqqətli
– ingilis dili biliyinə sahib olmaq (üstünlükdür)
– “Microsoft Office” proqramlarını bilmək (üstünlükdür)

TƏCRÜBƏ PROQRAMINA MÜRACİƏT QAYDALARI:

Seçim prosesi 2 mərhələdən ibarətdir:

1. CV və motivasiya məktubu
Proqramda iştirak etmək istəyən gənclər CV və motivasiya məktubunu  [email protected]
e-mail ünvanına göndərməlidir.

Motivasiya məktubunda Təcrübə Proqramına qoşulmaqda məqsəd, Proqramdan gözləntilərinizlə yanaşı təcrübə keçmək istədiyiniz sahəni və növbəni qeyd edin.

2. Müsahibə
Birinci mərhələni uğurla keçmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Vacib qeydlər:

E-mail mövzusu (subject) necə yazılmalıdır?
– Build Your Future Internship – Ad, Soyad (Misal: Build Your Future Internship – Mammad Mammadov)
– CV-nin adı: ad soyad CV (Misal: Mammad Mammadov CV)
DİQQƏT:
– Gec və natamam müraciətlərə (yalnız CV və ya yalnız istək məktubu olan) baxılmayacaq
– 18hvk78920ikjsabxuv, CV1111, MənimCV və s. adlı sənədləri göndərməyin
– çox xahiş edirik – “No subject” – mövzusuz göndərilən müraciətlərə baxılmayacaq

SON MÜRACİƏT TARİXİ: 25 MART