“Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin 2022-2023-cü tədris ili üçün seçim prosesi davam edir. Bu günə qədər 3 seçim mərhələsi baş tutmuşdur: anketlərin doldurulması, buraxılış fənləri üzrə imtahan və blok fənləri üzrə imtahan.
Növbəti seçim mərhələsində blok imtahanından keçən şagirdlər iştirak edəcək. Bu mərhələdə şagirdlər ilə fərdi müsahibələr keçiriləcək. Müsahibələr canlı (onlayn yox) təşkil olunacaq. Müsahibələrin məqsədi Layihəyə seçilmək istəyən şagirdləri yaxından tanımaqdır. Müsahibələr 20 iyul-10 avqust tarixləri arasında keçiriləcək. Dəqiq tarix və saat şagirdlərə öncədən fərdi qaydada bildiriləcək.
Müsahibə mərhələsini uğurla keçmiş şagirdlərin ailələrinə səfər olunacaq. Ailələrə səfərlər mərhələsi 10-25 avqust tarixləri arasında keçiriləcək.
QEYD: Seçim prosesinin gedişatına uyğun olaraq tarixlərdə dəyişikliklər mümkündür.