“Gələcəyini Qur!” Layihəsinin ilk mərhələlərindən uğurla keçən namizədlər üçün müsahibə mərhələsi davam edir.
Ötən həftədən etibarən Layihənin əhatə etdiyi 7 regiondan (Ağdaş, Hacıqabul, Kürdəmir, Ucar, Yevlax, Samux və Goranboy) və Bakının bir sıra rayonlarından olan şagirdlər müsahibədə iştirak etdilər. Xatırladaq ki, müsahibə mərhələsinin keçirilməsində məqsəd Layihəyə seçilmək istəyən şagirdləri yaxından tanımaqdır. Müsahibə mərhələsini uğurla keçmiş şagirdlərin ailələrinə səfər olunacaq. Ailələrə səfərlər mərhələsi 10-25 avqust tarixləri arasında keçiriləcək.
QEYD: Seçim prosesinin gedişatına uyğun olaraq tarixlərdə dəyişikliklər mümkündür.