Mentorlarla abituriyentlərin görüşləri başladı

Bu il də Layihədə iştirak edən abituriyentlər mentor dəstəyindən faydalanacaq. 12 və 19 yanvar 2025-ci il tarixlərində Layihənin ofisində mentor və abituriyentlər (mentilər) üçün ikihissəli tədbir təşkil olundu.

Tədbirin birinci hissəsində mentor və mentilər kiçik qruplarda çalışaraq yaradıcı tapşırıqlar icra etdilər. Bu tapşırıqlar vasitəsilə mentor və mentilər bir-birini yaxından tanıdı və gələcək planlarını müzakirə etdi. İkinci hissədə isə mentor proqramının detalları şagirdlərə izah olundu.

“Gələcəyini Qur!” Layihəsi çərçivəsində yanvar-sentyabr aylarında abituriyentlərlə mentorlar çalışacaq, onlara məqsədlərin təyin olunması, ixtisas seçimi, karyera planlanması və digər mövzularla dəstək göstərəcəklər.