Layihənin 2022-2023-cü tədris ili üçün Seçim Prosesinə START verildi!

Əziz Gənclər,

Sizi “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin növbəti ilində iştirak etməyə dəvət edirik.

 

Layihədə kim iştirak edə bilər?

Azərbaycan bölməsi üzrə 11-ci sinfə keçən şagirdlər

 

Şagirdlər layihədən nə qazanacaqlar?

  • ali məktəblərə ödənişsiz hazırlıq
  • inkişafetdirici tədbirlər
  • psixoloji dəstək

 

Layihənin əhatə etdiyi ərazilər:

  • Bakı: Binəqədi, Qaradağ, Nizami, Nərimanov, Nəsimi, Pirallahı, Sabunçu, Suraxanı, Səbail, Xətai, Xəzər, Yasamal rayonları
  • Regionlar: Ağdaş, Hacıqabul, Kürdəmir, Ucar, Yevlax, Goranboy, Samux

 

Layihə kimlər üçündür?

Qeyd edilən rayonların orta məktəblərində Azərbaycan bölməsi üzrə 11-ci sinfə keçən şagirdlər Layihənin 2022-2023-cü tədris ilində iştirak edə bilərlər.

 

Seçim prosesi necə aparılacaq?

Bir neçə mərhələdən ibarət olan seçim prosesində namizədlər üç meyar üzrə qiymətləndiriləcəklər:

  • intellektual potensial;
  • təhsil almağa istək və həvəs;
  • ailənin sosial durumu

Müraciət tarixi UZADILDI: 20 iyun 2022-ci il