13 sentyabr 2021-ci ildə “Park Inn” otelində keçirilən tədbirlə “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin 8-ci ilinə start verildi. Bakıdan olan Layihə iştirakçıları ilə baş tutan bu görüşdə Layihə rəhbərləri Bəhruz Hidayətzadə və Turan Cəfərova bu ilki Layihə iştirakçıları və onların valideynləri qarşısında çıxış etdi. Qarşıdakı tədris ilində hədəf və məqsədlərdən, Layihə iştirakçılarından gözləntilərimizdən söhbət açıldı. Tərəflər arasında bağlanacaq müqavilənin detalları məktəblilər və onların valideynlərinə izah edildi.
Günün sonunda Layihə iştirakçıları, onların himayədarları və Layihə arasında müqavilə imzalandı.
Qeyd edək ki, Layihənin 8-ci ili bp və tərəfdaşları, “Veysəloğlu”, “NarMobile”, “BakerTilly”, “İpəksu”, “Pasha Holding” şirkətlərinin maliyyə dəstəyi ilə həyata keçirilir.