Layihənin 7-ci ilində online tədbirlər

3 yanvar 2021-ci il tarixində bütün layihə iştirakçılarının iştirakı ilə ilk onlayn tədbirimiz baş tutdu və beləliklə layihədən yararlananların iştirakı ilə bir sıra onlayn tədbirlərə start verildi.

Onlayn şəkildə ilk tədbirimiz layihə dəyərlərinə həsr olunmuşdu. Tədbirin əsas məqsədi Bakıdan və bölgələrdən olan bütün layihə iştirakçılarını bir araya gətirmək və bir-birlərini tanımalarına imkan yaratmaq idi.Layihə direktoru Bəhruz Hidayətzadə layihənin altı dəyəri haqqında təqdimat etdikdən sonra interaktiv müzakirə və sual-cavab sessiyası keçirildi.Layihə iştirakçılarının davamlı təhsil almalarını təmin etmək üçün ölkədəki karantin rejimi ilə əlaqədar müəyyən olunmuş təhlükəsizlik tədbirlərinə uyğun olaraq  virtual tədbirlərin keçirilməsi artıq zəruri idi.

Layihənin hazırkı 7-ci ilində “Gələcəyini Qur!” Bakının 6 rayonundan (Binəqədi, Qaradağ, Xətai, Xəzər, Sabunçu, Suraxanı) və paytaxtdan kənar beş bölgədən (Ağdaş, Hacıqabul, Kürdəmir, Ucar, Yevlax) təxminən 150 gəncə dəstək verir. Layihənin cari ilinin sponsorları arasında BP və tərəfdaşları ( Qaradağ və eləcə də Ağdaş, Hacıqabul, Kürdəmir, Ucar və Yevlaxdan olan iştirakçılar), EY Azərbaycan, Baker Tilly Azərbaycan, İpekSu və Port of Baku daxildir.