5 və 6 oktyabr 2021-ci il tarixlərində “Gələcəyini Qur!” Layihəsində Beynəlxalq Müəllimlər Günü qeyd olundu.
Layihə məzunları onlara abituriyentlik dövründə “Gələcəyini Qur!” Layihəsi çərçivəsində dərs deyən müəllimlərə xüsusi hazırlanmış açıqçalarda təşəkkür və təqdir sözlərini yazdılar. Açıqçalar həm Bakı, həm də regionlarda dərs deyən bütün müəllimlərə məzunlar tərəfindən şəxsən çatdırıldı.