İştirakçılar asudə vaxtlarını Layihə ilə birlikdə dəyərləndirir

14 aprel 2024-cü il tarixində “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin iştirakçıları Müasir İncəsənət Muzeyinə səfər etdi. Layihə iştirakçıları üçün ekskursiya təşkil etməyin  əsas məqsədi onların dünyagörüşünü artırmaqla yanaşı rəssamlığın, incəsənətin fərqli formalarının olduğunu onlara göstərmək idi.

Muzeydə gəzintidən sonra iştirakçılar açıq havada oyunlara cəlb olundu. Layihə iştirakçıları komandalara bölünərək oyunları oynadı. Onlar dərsdənkənar vaxtını səmərəli keçirdi.

Günün sonunda komanda oyunlarının qaliblərinə hədiyyələr verildi.

Qeyd edirik ki, Layihənin 10-cu ili “PASHA Holding”, “Veysəloğlu” Şirkətlər Qrupu, “BakerTilly”, “İpəksu” şirkətlərinin maliyyə dəstəyi ilə həyata keçirilir.