24 noyabr 2024-cü il tarixində “Veysəloğlu Şirkətlər Qrupu”nun baş ofisində Layihə iştirakçıları üçün tədbir keçirildi. Tədbirdə “Gələcəyini Qur!” layihəsinin bu ilki iştirakçıları, o cümlədən şirkətin dəstəyi ilə təhsil təqaüdünü qazanmış 10 və 11-ci sinif şagirdləri iştirak etdi.
Tədbirdə abituriyentlərin qarşısında şirkətin İnsan Resursları üzrə direktoru Ziya Rəcəbov, Veysəloğlu Distribusiya Təlim və İnkişaf üzrə şöbə müdiri Ağamməd Günəşov və “Araz” Supermarketlər şəbəkəsi İstedadların İdarə edilməsi və inkişafı şöbə müdiri Zaur Məmmədli çıxış etdilər.
Tədbirin ikinci hissəsi “Gələcəyini Qur!” Layihəsinin həmtəsisçisi Bəhruz Hidayətzadənin çıxışı ilə başladı. O, iştirakçılara Layihənin məsuliyyət, elm, yaradıcı düşüncə və digər dəyərlərindən bəhs etdi. Tədbirin davamında psixoloq və pedaqoq Hüseyn Həsənov “Məsuliyyətli olmaq” və “Gələcəyini Qur!” Layihəsinin məzunu Samir Qulamzadə “Hədəflərin təyin olunması” mövzusunda təqdimatlarla çıxış etdilər. Tədbir zamanı abituriyentlər interaktiv fəaliyyətdə iştirak edərək komandada işləmək, tənqidi düşüncə, kommunikasiya, problemlərin həll olunması kimi yumşaq bacarıqlarını inkişaf etmək üçün fürsət əldə etdilər.
Tədbirin sonunda xatirə şəkli çəkildi və interaktiv fəaliyyətdə aktivlik göstərib seçilən Layihə iştirakçıları şirkət tərəfindən kiçik hədiyyələrlə təltif olundu.