Layihə iştirakçıları Süni İntellekt haqqında öyrənir

12 yanvar 2025-ci il tarixində Layihənin ofisində layihə iştirakçıları üçün “Süni intellekt: inkişaf və həyatımıza təsiri” mövzusunda məlumat sessiyası keçirildi. Əsas məqsəd hazırda dünyada texnologiyanın ən sürətlə inkişaf edən sahələrindən biri olan süni intellektin insan həyatınən müxtəlif sahələrinə təsirini şagirdlərə izah etmək idi.

Görüşün spikeri Layihənin həmtəsisçisi, SOCAR Türkiyə satınalma və təchizat bölməsinin rəhbəri Mətin Xəlilov idi. O, şagirdlərə süni intellektin cari vəziyyəti – AI texnologiyalarının bugünkü imkanları, tətbiq sahələri, yarandığı gündən dövrümüzə qədər olan inkişafı haqqında danışdı.

Mətin Xəlilov şagirdlərə süni intellektdən düzgün istifadə etməyi, gələcək karyeralarında süni intellektin nə qədər vacib rol oynadığını öyrətdi. Sonda şagirdlərin sualları cavablandırıldı.