Layihə iştirakçıları ilə “Baker Tilly Azərbaycan” ofisində görüş

12 may 2022-ci il tarixində “Baker Tilly Azərbaycan” şirkəti “Gələcəyini Qur!” Layihəsində dəstəklədiyi gənclər ilə görüş keçirdi.

Görüş layihə iştirakçılarının bu yaxında keçirilmiş imtahan haqqında fikirlərini paylaşması və şirkət nümayəndələrinin praktiki məsləhətləri ilə başladı. İmtahanlar və universitet həyatı barədə şəxsi təcrübələrini bölüşən şirkət nümayəndələri gəncləri maraqlandıran sualları cavablandırdı. Daha sonra çay süfrəsi ətrafında sponsor şirkətin nümayəndələri tərəfindən gənclərin hazırcavablığı, dünyagörüşünü test edən maraqlı və interaktiv oyunlar keçirildi. 

“Baker Tilly Azərbaycan” şirkəti 2017-ci ildən etibarən “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsini dəstəkləyir.