Müasir İncəsənət Muzeyinə səfər

Tədbir Layihənin yaradıcılıq, tənqidi düşüncə və sevgi dəyərlərinə həsr olunmuşdur. Günün birinci yarısında Layihə iştirakçıları üçün Müasir İncəsənət Muzeyində bələdçi ilə tur təşkil olundu. Tur zamanı onlar yerli və xarici rəssamlar və heykəltəraşlarının işləri ilə tanış oldular, müasir incəsənət haqqında ətraflı məlumat aldılar.

Tədbirin ikinci hissəsi muzeyin yaxınlığında yerləşən parkda baş tutdu. Parkda iştirakçılar komandalara bölünərək yaradıcı tapşırıqlar yerinə yetirdi. Abituriyentlər üçün intellektual oyun təşkil olundu. Oyunun qaliblərinə hədiyyələr təqdim olundu.

Qeyd edək ki, Layihənin cari 2023-2024-cü ildə fəaliyyəti PASHA Holding, PMD Group, Veysəloğlu Şirkətlər Qrupu, Baker Tilly Azerbaijan, və İpəksu şirkətlərinin maliyyə dəstəyi ilə həyata keçirilir.