“Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi 6 mart 2020-ci il tarixində “Kitab Gəzər” Layihəsinin qonağı olub.
2019-cu ildən fəaliyyət göstərən “Kitab Gəzər” layihəsinin əsas məqsədi bölgələrdə yaşayan gənclərin mütaliə etməyə cəlb etməkdir. Layihə paytaxtdan könüllü şəkildə bağışlanan kitabları toplayır və onları regionlarda yaşayan gənclərə çatdırır.
“Gələcəyini Qur!” Layihəsinin məzunları Əli Eynəliyev, Qəsidə Rəsulzadə və Səbinə Zeynalova “Kitab Gəzər” layihəsinə müsahibə verərək öz fikirlərini bölüşüblər. Hal-hazırda tələbə həyatı sürən gənclər həmyaşıdlarının indiki maraqlarından, vaxtlarını nələrə sərf etməklərindən danışıb təhsildə özlərinin də üzləşdiyi çətinliklərə toxunublar. Məzunlar həmçinin “Kitab Gəzər” layihəsinə kitab hədiyyə ediblər.
Müsahibəni bu linkdən izləmək mümkündür.
Qeyd: müsahibədə ifadə olunmuş fikirlər müəlliflərə məxsusdur və layihənin rəsmi mövqeyini əks etdirmir.