Heydər Əliyev Mərkəzinə Səfər

24 dekabr 2017-ci il tarixində “Gələcəyini Qur!” layihəsinin​ əlilliyi olan​ iştirakçıları Heydər Əliyev Mərkəzinə səfər etdilər. Gənclər bələdç​i​ vasitəsilə mərkəzdə nümayiş olunan bütün sərgilər ilə tanış oldular.

“Gələcəyini Qur!” layihəsi dördüncü ilində BP və tərəfdaşları tərəfindən ​ayrılan maliyyə dəstəyi ilə əhatə dairəsini genişləndirərək əlilliyi olan gənclər ilə işləməyə başladı. Hal-hazırda layihədə müxtəlif əlilliyi olan altı gənc iştirak edərək dövlət qəbul imtahanına hazırlaşır.