24 dekabr 2017-ci il tarixində “Gələcəyini Qur!” layihəsinin əlilliyi olan iştirakçıları Heydər Əliyev Mərkəzinə səfər etdilər. Gənclər bələdçi vasitəsilə mərkəzdə nümayiş olunan bütün sərgilər ilə tanış oldular.
“Gələcəyini Qur!” layihəsi dördüncü ilində BP və tərəfdaşları tərəfindən ayrılan maliyyə dəstəyi ilə əhatə dairəsini genişləndirərək əlilliyi olan gənclər ilə işləməyə başladı. Hal-hazırda layihədə müxtəlif əlilliyi olan altı gənc iştirak edərək dövlət qəbul imtahanına hazırlaşır.