Layihənin 2021-2022-ci tədris ili üçün Seçim Prosesinə START verilir

Layihədə kim iştirak edə bilər? Azərbaycan bölməsi üzrə hazırda 10-cu sinifdə təhsil alan şagirdlər
Layihə gənclərə nə verir?

• Universitetlərə ödənişsiz hazırlıq
• Psixoloji dəstək
• Hərtərəfli inkişaf üçün maraqlı tədbirlər
Layihənin əhatə etdiyi ərazilər:
• Bakı: Binəqədi, Qaradağ, Nizami, Nərimanov, Nəsimi, Pirallahı, Sabunçu, Suraxanı, Səbail, Xətai, Xəzər, Yasamal rayonları
• Regionlar: Ağdaş, Hacıqabul, Kürdəmir, Ucar, Yevlax

Seçim prosesi necə aparılacaq? Bir neçə mərhələdən ibarət olan seçim prosesində namizədlər üç meyar üzrə qiymətləndiriləcəklər: namizədin ümumi intellektual səviyyəsi, təhsil alma istək və həvəsi, ailənin sosial durumu.

Layihənin seçim prosesinə qoşulmaq üçün onlayn anketi doldurmaq lazımdır. Qeydiyyat üçün son tarix: 9 iyun, 2021-ci il

Qeydiyyata Başla