“Gələcəyini Qur!” nədir?
“Gələcəyini Qur!” gənclərin inkişafına yönəlmiş təhsil təqaüdü proqramıdır.
“Gələcəyini Qur!” gənclərə nə verir?
Bir il ərzində ÖDƏNİŞSİZ:
* Universitetə hazırlıq
* İnkişafetdirici fəaliyyətlər
* Psixoloji dəstək
* Motivasiya
* İxtisas seçimi
Layihəyə şagirdlərin seçimi hansı meyarlar üzrə aparılır?
* Yüksək intellektual potensial
* İnkişaf etmə və təhsil alma həvəsi
* Ailənin sosial durumu (Layihə aztəminatlı ailələrdən olan şagirdlər üçündür)
Seçim prosesində kim iştirak edə bilər?
Hazırda Azərbaycan bölməsi üzrə 10-cu sinifdə təhsil alan şagirdlər (bu ilin sentyabr ayında 11-ci sinifdə oxuyacaq şagirdlər)
Layihənin əhatə etdiyi ərazilər:
Bakı: bütün rayonlar (Binəqədi, Qaradağ, Nizami, Nərimanov, Nəsimi, Pirallahı, Sabunçu, Suraxanı, Səbail, Xətai, Xəzər, Yasamal)
Regionlar: cari ildə əhatə olunmayacaq
Qeydiyyat üçün link: http://bit.ly/qeydiyyat2025
Qeydiyyat üçün son tarix: 5 iyun 2025-ci il