Gənclər və COP29: yaşıl dünya naminə həmrəylik

3 noyabr 2024-cü il tarixində “Gələcəyini Qur!” Layihəsində iştirak edən 11-ci sinif şagirdləri üçün COP29 və Dayanıqlı İnkişaf Məqsədləri mövzularına həsr olunmuş tədbir keçirildi.

“Baker Tilly Azerbaijan” şirkətinin təşəbbüsü ilə baş tutmuş bu tədbirin əsas məqsədi şagirdlərə Azərbaycanda keçirilən COP29 tədbirinin mahiyyəti və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin əhəmiyyətini izah etmək, onların ekoloji, iqtisadi və sosial məsələlərdə dünyagörüşünü inkişaf etdirmək idi. Tədbirdə şirkətin PR və Marketinq üzrə Direktoru Günel Abbasova şagirdlərlə  iqlim dəyişikliyi, bərpa olunan enerji, sosial bərabərlik və dayanıqlı iqtisadi inkişaf mövzular ətrafında müzakirələr apardı. Təşkil olunmuş komanda işləri və interaktiv sorğular vasitəsilə şagirdlər nəzəri və praktiki biliklər qazandılar. Tədbirin sonunda məktəblilərə şirkət tərəfindən hədiyyələr təqdim olundu.

Xatırladaq ki, cari ildə Azərbaycan COP29 – Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi edirdi. 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur.