“Gələcəyini Qur!” Layihəsinin Peşakar Təcrübə Proqramı

2020-ci ilin fevral ayından etibarən “Gələcəyini Qur!” Layihəsi Peşakar Təcrübə Proqramına start verdi. Üç ay davam edəcək bu proqramın əsas məqsədi gənclərə peşakar iş təcrübəsi qazandırmaq, onların gələcək iş həyatlarında lazım olacaq bilik və bacarıqları inkişaf etdirməkdir. Təcrübə proqramına seçim ərizə (CV və motivasiya məktubu) və müsahibə əsasında aparılır.

İlk təcrübə proqramında iştirak etmək üçün 7 məzun seçilmişdi:

  • Aytac Ələsgərli (4-cü kurs, Tərcümə fakültəsi, Azərbaycan Dillər Universiteti)
  • Samir Qulamzadə (4-cü kurs, Pirotexniki vasitələrin texnologiyası, Azərbaycan Texniki Universiteti)
  • Qəsidə Rəsulzadə (4-cü kurs, Təhsildə sosial psixoloji xidmət, Bakı Dövlət Universiteti)
  • Fəridə Qaracayeva (3-cü kurs, Mexanika mühəndisliyi fakültəsi, Xəzər Universiteti)
  • Əli Eynəliyev (2-ci kurs, Regionşünaslıq fakültəsi, Xəzər Universiteti)
  • Nüşabə Cəfərova (1-ci kurs, Məktəbəqədər təlim və tərbiyə fakültəsi, Sumqayıt Dövlət Universiteti)
  • İlyas İsazadə (1-ci kurs, Turizm və otelçilik fakültəsi, Xəzər Universiteti)

Təcrübə proqramı çərçivəsində gənclər layihə iştirakçıları və məzunları ilə işin koordinasiyası, tədbirlərin təşkili, vebsaytın yenilənməsi, sosial media hesablarının idarə olunması, kitabxana, sənədlərlə iş və digər sahələrdə layihə komandasına dəstək göstərəcəklər. Peşakar Təcrübə Proqramını uğurla bitirmiş iştirakçılara sertifikat və tövsiyə məktubu təqdim olunacaq.