2020-ci ilin fevral ayından etibarən “Gələcəyini Qur!” Layihəsi Peşakar Təcrübə Proqramına start verdi. Üç ay davam edəcək bu proqramın əsas məqsədi gənclərə peşakar iş təcrübəsi qazandırmaq, onların gələcək iş həyatlarında lazım olacaq bilik və bacarıqları inkişaf etdirməkdir. Təcrübə proqramına seçim ərizə (CV və motivasiya məktubu) və müsahibə əsasında aparılır.
İlk təcrübə proqramında iştirak etmək üçün 7 məzun seçilmişdi:
Təcrübə proqramı çərçivəsində gənclər layihə iştirakçıları və məzunları ilə işin koordinasiyası, tədbirlərin təşkili, vebsaytın yenilənməsi, sosial media hesablarının idarə olunması, kitabxana, sənədlərlə iş və digər sahələrdə layihə komandasına dəstək göstərəcəklər. Peşakar Təcrübə Proqramını uğurla bitirmiş iştirakçılara sertifikat və tövsiyə məktubu təqdim olunacaq.