“Gələcəyini Qur!” Layihəsinə QEYDİYYAT BAŞLADI (2024-2025-ci tədris ili)

Qeydiyyat üçün son tarix: 26 may 2024 – cü il

“Gələcəyini Qur!” nədir?

“Gələcəyini Qur!” gənclərin inkişafına yönəlmiş təhsil təqaüdü proqramıdır.

“Gələcəyini Qur!” gənclərə nə verir?
* Bir il ərzində ödənişsiz hazırlıq və sınaq imtahanları
* ⁠İnkişafetdirici fəaliyyətlər
* ⁠Psixoloji dəstək

Layihəyə şagirdlərin seçimi hansı meyarlar üzrə aparılır?
* Yüksək intellektual potensial, inkişaf etmə və təhsil alma həvəsi
* Ailənin sosial durumu (Layihə aztəminatlı ailələrdən olan şagirdlər üçündür)

Seçim prosesində kim iştirak edə bilər?
– Hazırda Azərbaycan bölməsi üzrə 10-cu sinifdə təhsil alan şagirdlər

Layihənin əhatə etdiyi ərazilər:

Bakı: bütün rayonlar (Binəqədi, Qaradağ, Nizami, Nərimanov, Nəsimi, Pirallahı, Sabunçu, Suraxanı, Səbail, Xətai, Xəzər, Yasamal) 
Regionlar: Cari ildə əhatə olunmur

VACİB: “Gələcəyini Qur!” təhsil təqaüdü proqramıdır.

Proqram çərçivəsində yalnız təhsil xərcləri qarşılanır (nəqliyyat və digər xərclər qarşılanmır).

QEYDİYYATDAN KEÇ: http://bit.ly/qeydiyyat2024

SON QEYDİYYAT TARİXİ: 26 MAY