17 avqust 2025-ci il tarixində “Gələcəyini Qur!” Layihəsinin 2025-2026-cı tədris ili üçün yeni iştirakçıları və onların valideynləri ilə ümumi görüş keçirildi. Görüşün əsas məqsədi iştirakçıları layihə ilə tanış etmək, qarşıda onları gözləyən mərhələlər haqqında məlumat vermək və rəsmi müqavilələrin imzalanmasını təmin etmək idi.
Görüş Layihə rəhbəri Turan Cəfərovanın salamlama çıxışı ilə başladı.Daha sonra Layihənin həmtəsisçisi Bəhruz Hidayətzadə çıxış edərək Layihənin məqsədləri və dəyərləri barədə iştirakçılara ətraflı məlumat verdi.
Tədbirdə həmçinin Kainat Tədris Mərkəzi və Müstəqil Qiymətləndirmə Mərkəzinin rəhbəri İlqar Ağakişiyev çıxış etdi. O, öz çıxışında Layihəyə qəbul edilmiş bütün şagirdləri təbrik etdi, Layihədə dərs və imtahanların təşkili haqqında məlumat verdi.
Tədbirin sonunda iştirakçılarla “Gələcəyini Qur!” Layihəsi arasında rəsmi müqavilələr imzalandı.